's Avatar

@rsuleymanov.bsky.social

22 Followers  |  31 Following  |  29 Posts  |  Joined: 04.04.2025  |  1.9142

Latest posts by rsuleymanov.bsky.social on Bluesky

Post image

Bu şəklə görə həlim metro işçisi məni sakitcə polislə hədələdi. Bir nəfər də: " Qırılmış tomat bankasının şəklini çəkmək olmaz!" -deyib məni məzəmmət etdi.

Əhvalımızın yaxşı olmağı sağlam düşüncənin düşüb qırılmağının ağrısını bizə o an o qədər də hiss etdirmədi.

21.05.2025 20:09 — 👍 2    🔁 0    💬 0    📌 0

Daha sonra məni terapevtə yönləndirdi və O da bütün şikayətlərimi soruşdu. Terapevt məni keçməli olduğuma müayinələrə yönləndirdi. Bütün bunlara heç bir ödəniş istəmədilər.

Üstəlik həkimlər azərbaycanca çox yaxşı danışırdılar.

Yazdım ki, sizin də belə bir yerdən və xidmətdən xəbəriniz olsun.

20.05.2025 12:48 — 👍 0    🔁 0    💬 0    📌 0
Post image

Yolüstü dedim bir bel ağrısına görə dönüm Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna, görüm bura gəlmək üçün haralardan göndərişim olmalıdır. Heç bir əlavə sual vermədən məni nevroloqa yönləndirdilər və həkim müayinədən sonra məni fizioterapiayaya yazdı.

20.05.2025 12:48 — 👍 0    🔁 0    💬 1    📌 0
Post image

Bu binanın üzərində yazılanları ilk dəfədir oxuyuram.

17.05.2025 16:51 — 👍 0    🔁 0    💬 0    📌 0
Preview
“I’m Sure Your Patients Are Getting Better” “I'm sure your patients are getting better, just not—never—100%, right?”

“I’m Sure Your Patients Are Getting Better” | Psychology Today www.psychologytoday.com/us/blog/psyc...

12.05.2025 20:14 — 👍 0    🔁 0    💬 0    📌 0
Fearing - The Amygdaloids
YouTube video by The Amygdaloids Channel Fearing - The Amygdaloids

Joseph E. LeDoux neyroalimdir. ''The Emotional Brain: The Mysterious Underpinnings of Emotional Life'' kitabının müəllifidir. Laboratoriyasındakılarla birlikdə “The Amygdaloids” adlı qrup yaradıblar.

www.youtube.com/watch?i%C5%9... çıv=AMI3hbgRj6o&list=RDEMXpvUn_x0UjGHTivOj-mXVw&start_radio=1

12.05.2025 06:35 — 👍 1    🔁 0    💬 0    📌 0

Bəzən iş bizi həddindən artıq həyəcanlandırdığı üçün onu ertələyirik. Bu zaman parıldayan ideyalar aşırı qıcıqlayır və diqqətimiz dağıdır. Və əgər tapşırığın özü kifayət qədər aydın və strukturlu deyilsə, emosional enerji bizi işə fokuslanmağa yox, evin içində hər cür hoqqadan çıxmağa sövq edir.

09.05.2025 16:49 — 👍 0    🔁 0    💬 0    📌 0

Ertələməyin yeni bir izahı ilə tanış oldum. Yadıma Vurğunun 'Mən tələsmirəm' şerdəki bu misraları düşdü:

''Yenə də fikrimin səyyar yelkəni
Dənizdən – dənizə atsa da məni''

09.05.2025 16:49 — 👍 0    🔁 0    💬 1    📌 0

Nə vaxtsa Azərbaycanda 90-lardan bu yana müxalif, fədakar insanlar haqqında film çəkilsə onun adı ''Köhnə pencək'' olsun.

06.05.2025 19:20 — 👍 0    🔁 0    💬 0    📌 0
Müsyö İbrahim və “Quran”dakı Çiçəklər.
Tərcüməçi: Minə Candan

Müsyö İbrahim və “Quran”dakı Çiçəklər. Tərcüməçi: Minə Candan

Gör, bir səhifədə nə qədər şey var!

Müsyö İbrahim və “Quran”dakı Çiçəklər
Tərcüməçi: Minə Candan

29.04.2025 20:48 — 👍 0    🔁 0    💬 0    📌 0

Yəqin eşitmisiz ki, sözlərinizin barıtı çox olanda kimsə ''Sən allah başqa şeydən danış'' deyib və stabilliyini/rahatlığını pozmaq istəməyib.

Mütərəqqi ideyalardan danışan dostlar, yavaş-yavaş, bala-bala, xırda-xırda... həmişə xodda olun.

22.04.2025 21:05 — 👍 0    🔁 0    💬 0    📌 0

Deyəsən (!) bu disassosasiyaları izah edə bilər.Uyğunsuzluq böyük olanda sanki, beyin uşaq kimi ''qulağını tutur'', ''gözünü yumur '' və ''neynim-neynim'' deməklə ətrafdan/orqanizmdən qopmaqla stabilliyini qoruyur.

22.04.2025 21:05 — 👍 0    🔁 0    💬 1    📌 0

Burada özümə qarışıq yazmağa icazə verirəm.

Beynin proqnozu ilə baş verənlər arasında fərq azdırsa, beyin bu dəyişikliyə uyğunlaşır. Amma fərq çoxdursa, beyin bunu küy zənn edir və görməzlikdən gəlir.

22.04.2025 21:05 — 👍 0    🔁 0    💬 1    📌 0
Post image Post image 20.04.2025 19:10 — 👍 0    🔁 0    💬 0    📌 0
Post image Post image Post image Post image

For now, my favorite is DBT.

20.04.2025 17:31 — 👍 0    🔁 0    💬 1    📌 0

Hazırda oturduğum qəhvəxanada iki barista arasında söhbət: ''Keçən dəfə bir müsavatçını tutub apardılar. Ondan sonra müdriyyət dedi ki, əgər görsəz ki, kimsə siyasi söhbət edir, yaxınlaşın deyin ki, olmaz.''

Bir yanıqıl fars musiqisi açıb bu informasiyanı ötürdüm kədər anlayışımın içinə.

18.04.2025 10:03 — 👍 1    🔁 0    💬 0    📌 0

Özünü çox vacib sayan, xüsusi münasibət gözləyən, başqalarının hisslərinə laqeyd yanaşan və məqsədləri üçün onlardan istifadə etməyə hazır olan təkəbbürlü siyasətçi/ intellektualların at oynatdığı dövrü geridə qoymuşuq.

İndiki çırpıntılarımızla daha yaxşı bir yerə keçid edəcəyik.

13.04.2025 19:56 — 👍 2    🔁 0    💬 0    📌 0

Bəs psixiatrların nə etdikləri, işlərinin keyfiyyəti ilə bağlı bir təəssürat varmı? Mənim cavabım budur ki, ölkəmizdə psixiatrların fəaliyyəti diqqətdən kənarda qalıb.

Bu fəaliyyət haqqında eşitdiklərimi, gördüklərimi bölüşməyin bir faydası olarmı?

12.04.2025 18:16 — 👍 0    🔁 0    💬 0    📌 0

Psixoloqlar bir müddətdir ki, diqqət mərkəzindədirlər. Müsahibə verirlər, fəaliyyətləri haqqında sosial medialarda yazılır, göstərilir. Beləcə psixoloqların işinin keyfiyyəti haqqında bir təəssürat formalaşıb sanki.

12.04.2025 18:16 — 👍 0    🔁 0    💬 1    📌 0

İnsanları meşoqlara doldurub aparırlar. Mən də ancaq bu haqda arada bir iki kəlmə yaza bilirəm- oyuncaq tapançalara qoyulan qırmızı piston kimi part edirəm. Və bu dövr bitmək bilmir.

Yaxşı, nə etmək lazımdır?

10.04.2025 16:57 — 👍 0    🔁 0    💬 0    📌 0

Dedim ki, "Nə üçün lazım deyil?"

Dedi ki, "Hər insana öz səhvini etməyə imkan vermək lazımdır."

Çox xoşuma gəldi bu söz."

Ramiz Yunnus

10.04.2025 11:24 — 👍 0    🔁 0    💬 0    📌 0

Polad Bülbüloğlu ilə Rauf Gülməmmədov zala daxil oldular. Mən əlimi qaldırıb onları bizimlə bir masada oturmağa dəvət etmək istəyəndə İsa Qəmbər əlini əlimin üstünə qoyub dedi ki, "Lazım deyil."

10.04.2025 11:24 — 👍 0    🔁 0    💬 1    📌 0

Bizim masa çox hörmətli yerdə idi və orada bizimlə çoxlu hörmətli insanlar oturmalı idi, amma məlum hadisələrə görə masada İsa Qəmbərlə məndən başqa heç kim oturmamışdı. Bununla belə, yüksək vəzifə tutmayan insanlardan cəsarəti çatıb gəlib bizə salam verən adamlar var idi.

10.04.2025 11:24 — 👍 0    🔁 0    💬 1    📌 0

"Qiyamdan öncə Anar Məmmədxanov gəldi, mənə və İsa Qəmbərə öz toyunun dəvətnaməsini verdi və xahiş etdi ki, toyu yüksək səviyyədə təşkil edək. Göstəriş verdim ki, toyu Gülüstan sarayında təşkil etsinlər və belə də oldu. Toy 4 iyundan sonra oldu. +

10.04.2025 11:24 — 👍 0    🔁 0    💬 1    📌 0

Yuxuda görürəm ki, Qəddafi ilə qəbiristanlıqda hansısa qəbrin qarşısında durub söhbət edirik. Məndən mərhum üçün nəsə oxumağımı istəyir. 'Bismillahi rəhmani rəhim' deyirəm,
sonra isə ritmə uyğun nələrsə düz-qoş edirəm. Kişi qəbiristanlıqda düşür mənim dalımca, mən də qaçıram.

Xeyir olsun.

10.04.2025 05:04 — 👍 0    🔁 0    💬 0    📌 0

Azərbaycanlılar özlərini başqalarından fərqləndirməyə nə dərəcədə əhəmiyyət verirlər? Sizcə, bu, bizim psixi sağlamlığımıza necə təsir edir?

07.04.2025 19:18 — 👍 0    🔁 0    💬 0    📌 0

2. ''Edilməli müəyyən şeylər var, hamı kimi mən də onları edəcəm. Hamı necə edirsə, mən də elə edəcəyəm.''

07.04.2025 19:18 — 👍 0    🔁 0    💬 1    📌 0

1.''Başqalarından fərqli – özüməməxsus olmalıyam. Məni başqalarından fərqləndirəcək şeylər seçimlərimdir. Bir ömür sonsuz seçimlər... Hər birində götür-qoy etməliyəm, çünki bu seçimlər mənim kim olduğumu təyin edəcək.''

07.04.2025 19:18 — 👍 0    🔁 0    💬 1    📌 0

Yeni yerdir. Özümü gümrah hiss edirəm. Görək, burada nələr yazmaq istəyəcəm.

04.04.2025 18:26 — 👍 0    🔁 0    💬 0    📌 0

@rsuleymanov is following 20 prominent accounts